Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tovuzda avtomobil Kürə aşıb - Maşındakı 4 nəfərdən 3-ü batıb

Tovuzda bədbəxt hadisə baş verib.

Hadisə Hunalılar kəndində qeydə alınıb.

Belə ki hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. (APA)