Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Toplum TV işi” üzrə təqsirləndirilənlərin həbs müddəti uzadılıb

Cümə günü Xətai Rayon Məhkəməsi “Toplum TV işi” üzrə təqsirləndirilən jurnalistlərin ilkin həbs müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

Beləliklə, Demokratik Təşəbbüslər İnstitutunun direktoru, III Respublika Platformasının spikeri Akif Qurbanov; Demokratik Təşəbbüslər İnstitutunun və Respublika Platformasının üzvü Ruslan İzzətl; fəallar İlkin Əmrahov və Ramil Babayev, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və bu nəşrin əməkdaşları Müşfiq Cabbar və əli Zeynalovun həbs müddəti daha üç ay – aprelin 6-dək  uzadılıb.

Vəkillər iş üzrə təqsirləndirilən şəxslərin saxlanılmasının əsassız olduğunu bildiriblər və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.

* Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib. İş üzrə keçənlər ittihamları rədd edirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbuslar kimi tanıyıblar.