Sudanda münaqişə tərəfləri ilk dəfə danışıqlar masasında
07 May 2023
Aprelin 15-dən münaqişədə olan Sudan ordusu və Çevik Reaksiya Qüvvələrinin nümayəndələri ilkin danışıqlara başlayıblar.
Qeyd edilir ki, onlarla ölkənin vətəndaşlarını torpaqlarından təxliyə etdiyi Sudanda münaqişə tərəfləri ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşüblər.
Ordu komandanı general Əbdül Fəttah əl-Burhanla Çevik Reaksiya Qüvvələri komandiri Məhəmməd Həmdan Daqalonun təmsilçiləri arasında ilk danışıqlar başlayıb. "Səudiyyə Ərəbistanı Krallığı və ABŞ Ciddədə Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələrinin nümayəndələrinin ilkin danışıqlara başlamasını alqışlayır", - Səudiyyə Ərəbistanı və ABŞ-ın birgə bəyanatında deyilir.
Krallıq və ABŞ hər iki tərəfi Sudan xalqının maraqlarını nəzərə alaraq, atəşkəs və münaqişəyə son qoyulması üçün danışıqlarda fəal iştirak etməyə çağırıb. “Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ştatlar Sudan tərəflərinin iştirakını əhatə edən genişləndirilmiş danışıqlar prosesi üçün davamlı və əlaqələndirilmiş beynəlxalq dəstəyə çağırır”, - bəyanatda bildirilir.
Danışıqların nə qədər davam edəcəyi barədə məlumat verilmir.
Tərəflər arasında fikir ayrılığının münaqişəyə çevrildiyi aprelin 15-dən indiyədək davam edən silahlı toqquşmalarda 550 nəfər həyatını itirib, 4 926 nəfər yaralanıb.