
Sudanda bazarda partlayış - 54 ölü
02 Fevral 2025
Sudanın Omdurman əyalətində yerləşən bazarda güclü partlayış baş verib.
“France-Presse” agentliyinin məlumatına görə, 54 nəfər ölüb, 158 nəfəri yaralanıb.
Qeyd edək ki, əvvəlcə partlayışa Çevik Dəstək Qüvvələri ilə atışma səbəb oolduğu bildirilirdi. Son məlumata görə, bazara artilleriya zərbəsi endirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsi ölkədəki qarşıdurmanın xəstəliklərin yayılmasına və səhiyyə sisteminin iflic olmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Sudanda 2023-cü ilin sonlarından başlayaraq ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttəh al-Burhan ilə Çevik Dəstək Qüvvələrin komandanı Məhəmməd Xamdan Daqlo arasında fikir ayrılığı yaranıb. Bu da toqquşmalara səbəb olub.