İmişlidə ana, oğlu və qızı dəm qazından boğularaq ölüb, ailə başçısı xəstəxanaya yerləşdirilib
09 Mart 2025
İmişli rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölənlər ailənin xanımı Azadova Mehriban İdris qızı, onun övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızıdır.
Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.