Britaniya Rusiyanın dondurulmuş aktivlərinin 895 milyon avrosunu Ukraynaya verib
08 Mart 2025
Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən 895 milyon avronu tranş qismində Ukraynanın hesabına köçürüb.
“unn.ua” xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal açıqlayıb.
O deyib ki, həmin vəsait ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönləndiriləcək.
Hökumət rəhbəri gələcəkdə Rusiyanın aktivlərinin tam həcmdə müsadirə olunaraq, ölkəsinə veriləcəyinə inam ifadə edib.