Ermənistanda güclü zəlzələ - Türkiyə və Gürcüstanda da hiss olundu
08 Mart 2025
Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Spitak şəhəri yaxınlığında qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.
Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda da hiss edilib.
Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzinin yaydığı məlumatda isə qeyd edilir ki, Ermənistandakı zəlzələnin gücü 5,1 val olub.