Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rövşən Əsgərov Rusiyada yenidən axtarışa verilib

"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada təkrar axtarışa verilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Axtarışa verilmə ilə bağlı məlumat nazirliyin bazasına yerləşdirilib.

Qeyd edək ki, Rövşən Əsgərov bir müddət əvvəl Rusiyada ekstremist və terrorçuların siyahısına salınmışdı.

Xarıladaq ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.