Logo
news content
User
Kateqoriyalar

Xəbər

Soros fonduna nəzarəti oğluna təhvil verir

Amerikalı milyarder Corc Soros 25 milyard dollarlıq fonduna nəzarəti oğlu Aleksandra təhvil verir.

Pressklub.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Keçən ilin dekabrında “Açıq Cəmiyyət”-in Direktorlar Şurası Aleksandr Sorosu sədr seçib. Bununla da 37 yaşlı Aleksandr atasını bu vəzifədə əvəzləyib. Eyni zamanda o, Sorosun Siyasi Fəaliyyət Komitəsinin prezidenti vəzifəsini də icra edir.

Corc Soros oğlunun Fondu idarə etməyə layiq olduğunu bildirib.