Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan: "Mehri yolu ilə "asanlaşdırılmış" gediş-gəlişi təmin etməyə hazırıq"

Azərbaycanla sülh müqaviləsində "Zəngəzur dəhlizi" haqqında bənd ola bilməz. Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan dövlət başçısı İlham Əliyevin son bəyanatlarını şərh edərkən bildirib.

"Müqavilədə "Zəngəzur dəhlizi" haqqında bənd yoxdur və ola da bilməz", deyə Simonyan bildirib.

Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaratmaq istəyi başa düşüləndir və Ermənistan nəinki yolu açmağa, həm də sadələşdirilmiş gediş-gəliş imkanlarını nəzərdən keçirməyə hazırdır. Bu zaman hər hansı eksterritorial dəhlizdən söhbət gedə bilməz, deyə Simonyan qeyd edib.

İrandan Naxçıvana gedən yola gəlincə, Ermənistan Azərbaycana eyni şərtləri təklif etməyə hazırdır. Ermənistan parlamentinin rəhbərinin sözlərinə görə, "bu, daha qısa və daha ucuz olacaq".

Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev yerli KİV-lərə müsahibəsində bildirib ki, "Zəngəzur dəhlizi" açılmasa, Azərbaycan Ermənistanla sərhədi açmayacaq.

Qeyd edək ki, hazırda İrandan keçərək Naxçıvana gedən sərnişinlər və yüklər Biləsuvarda Azərbaycan-İran sərhədində və Naxçıvanın girişində (Culfa) yoxlanılır. Azərbaycan vətəndaşlarının pasportlarına İrana giriş-çıxış ştampı vurulur, yüklər isə skaner vasitəsilə yoxlanılır. Bunu sadələşdirilmiş rejim adlandırmaq kifayət qədər çətindir.