Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya hücum potensialını tam itirib" - Kəşfiyyat

“Hazırda Rusiyanın Ukrayna ərazisində heç bir yerdə ciddi hücuma yeni cəhd etmək üçün nə hərbi, nə iqtisadi, nə də siyasi potensialı var”

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov “Yahoo”ya müsahibəsində bildirib.

“Lakin o, ciddi müdafiə tədbirləri həyata keçirmək iqtidarındadır və bu, bizim qarşılaşacağımız problemdir”, - o qeyd edib.

Budanovun sözlərinə görə, Rusiya hazırda Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan əks-hücum əməliyyatının qarşısını almaq üçün raket ehtiyatı toplayır.