Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qukasyan, Saakyan və Arutyunyan haradadır?

Qarabağdakı erməni separatçılarının keçmiş liderlərinin taleyi müəmmalı olaraq qalır. Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.

Qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyan isə  ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacaq.

Amma ölkənin digər media mənsubları məlumatı təkzib edir. Onların məlumatına görə, separatçıların liderlərinin gələcək taleyi məsələsi guya bu gün Xankəndidə Bakının və Qarabağ erməniləri nümayəndələrinin görüşündə həll olunacaq.

Azərbaycan tərəfi bu məlumatarı şərh etmir.

Lakin ötən gün baş prokuror Kamran Əliyev bildirib ki, Arutyunyan 2020-ci ildə Gəncəyə raket zərbələrinin endirilməsi işi üzrə (mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olub) axtarışa verilib.