Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirzoyan əsirlərin azad edilməsi müqabilində COP29-a gəlməyə hazırdır - KİV

Oktyabrın 24-də Kazanda Əliyev-Paşinyan görüşündə iki ölkənin xarici işlər nazirləri də iştirak edib. 

Ermənistanın "Qrapark" nəşrinin məlumatına görə, söhbət zamanı əsirlər mövzusu qaldırılıb.

"Ararat Mirzoyan İlham Əliyevə COP-29-da iştirakları müqabilində heç olmasa bir neçə əsir hərbi qulluqçunu qaytarmağı təklif edib və tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gedəcəyinə zəmanət verib. Əliyev cavab vermək əvəzinə özü Paşinyana sual verib: “Niyə siz Ruben Vardanyanı tələb etmirsiniz?” Buna cavabda Ermənistan baş naziri belə deyib: "Çünki bilirəm ki, verməyəcəksiniz". Əliyev isə sözünə davam edib: "Əvəzində onu başqa ölkədən tələb edirlər, Putin tələb edir", deyə nəşr yazır.

Ararat Mirzoyan bu söhbətin məzmunu haqqında "cümə günü axşam qapalı iclasda "Vətəndaş müqaviləsi"ndən olan deputatlara danışıb", deyə "Qrapark" qeyd edir.