Putin hansısa qərar qəbul edib: Şoyqu və Lavrovu Kremlə çağırdı
14 Fevral 2022
Rusiya prezidenti Vladimir Putin bu gün müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu Kremlə çağırıb.
Rusiya KİV-i xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bu barədə bildirib. “Bu gün Putin xarici işlər naziri Lavrovla və müdafiə naziri Şoyqu ilə görüşəcək. Biz görüşü göstərəcəyik, onlar sizə açıq olacaq”, - o deyib.
Rusiya prezidentinin müdafiə və xarici işlər nazirlərini Kremlə çağırması Qərb ölkələrinin Moskvanın yanvarın 15-dən 16-na keçən gecə Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayacağı haqda daha əvvəl yayılmış xəbərdarlıqları fonunda baş verir. Bu xəbərlərlə əlaqədar xarici ölkə səfirliklərinin əməkdaşları Kiyevdən təxliyə olunur, ABŞ başda olmaqla bir çox xarici ölkələr öz vətəndaşlarını təcili olaraq Ukraynanı tərk etməyə çağırıb.
Xatırladaq ki, son günlər Rusiyanın Ukrayna istiqamətində hərbi fəallığı daha da artıb, bir-birinin ardınca yeni hərbi birləşmələr, zərbə vertolyotları, gəmilər Ukrayna sərhədləri boyu cəmləşdirilir.