Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prilepinə sui-qəsdə cəhddə şübhəli bilinən şəxsin etirafı

Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsdə cəhddə şübhəli bilinən şəxs törətdiyi əməli etiraf edib.

Bu barədə 112 telegram kanalı məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs bir neçə il əvvəl Ukraynanın xüsusi xidmət orqanlarından biri tərəfindən işə əməkdaşlığa cəlb olunduğunu bildirib.

O, ifadəsində qeyd edib ki, sonuncu tapşırığı RF vətəndalığı almaq və Zaxar Prilepini öldürmək olub.

Məlum olub ki, adam bir neçə gün yazıçını izləyib, Prilepinin evinə gedən yolda tank əleyhinə minalar basdırıb. Bu gün Prilepinin olduğu "Audi Q7" markalı avtomobil həmin minalardan birinə düşüb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyini Prilepinə qarşı sui-qəsd cəhdində şübhəli bilinən ikinci şəxsin də saxlanıldığını açıqlayıb.