Logo
news content
User
Kateqoriyalar

Xəbər

Partlayış baş verən sexdə daha bir nəfərin cəsədi tapılıb: Ölənlərin sayı 9-a çatıb

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha iki nəfərin cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılan meyitlər aidiyyəti üzrə təhvil verilib.

Bununla da ölənlərin sayı 9 nəfərə çatıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.