Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özbəkistan növbədənkənar prezident seçkilərinə gedir

Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

Məlumata görə, bu mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ilk prezident seçkisi olacaq.

Qeyd edək ki, dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri 5 ildən 7 ilədək uzadılıb. Konstitusiya görə, ikinci müddətə vəzifədə olan hazırkı Prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.

Bildirilib ki, əsas qanun parlamentin Aşağı Palatası tərəfindən qəbul edilərək bu ilin aprel ayında Senat tərəfindən təsdiqlənib və dərc edildiyi andan qüvvəyə minib.

Qeyd edək ki, Şavkat Mirziyoyev 2016-cı ilin dekabrında keçirilən növbədənkənar seçkidə Özbəkistan Prezidenti seçilib. 2021-ci ilin oktyabrında Mirziyoyev 80,12 faiz səslə yenidən bu siyasi kampaniyada qalib gəlib.