Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordumuzun əsgəri naməlum şəraitdə itkin düşüb - YENİLƏNİB

Ordumuzun  Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yoxa çıxan əsgəri Ceyhun Tofiq oğlu Hüseynov Ermənistan ərazisində saxlanılıb. Bu barədə Ermənistan KİV bildirib.

Əsgər Naxçıvan Muxtar Respublikasının Günnüt kəndindən sərhədin digər tərəfində yerləşən Areni sərhəd kəndi yaxınlığında saxlanılır. Hüseynov həmin tərəfdə naməlum şəraitdə yoxa çıxıb.

Hələlik Ermənistan hakimiyyəti azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı rəsmi məlumat yaymayıb.

***

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.