Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milli Məclisdə mübahisə: Deputat vitse-spikerə xəbərdarlıq etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.

Deputat M.İbrahimqızı çıxışında bütövlükdə mollaları qara geyimdə görmək istəmədiyini deyib.

Qeyd edək ki, parlamentin fevralın 1-də keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimıqızı qadın mollaların savadsızlığı və cəhalətlə bağlı məsələlərin qanunla tənzimlənməsini təklif etmişdi. Milli Məclisin bugünkü iclasında isə qanuna dəyişiklikləri II oxunuşda müzakirəyə təqdim edən vitse-spiker Fəzail İbrahimli deputatın ötən iclasda qaldırdığı məsələyə münasibət bildirərəkən deyib ki, yer üzündə cəhalətə qarşı qanunun qəbul olunduğu və ya orada cəhalətin kökünün kəsildiyi ölkə yoxdur. Daha sonra F.İbrahimli Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindən bir neçə sitat səsləndirib.

M.İbrahimqızı isə bu gün F.İbrahimliyə cavabında bildirib ki, bütün sahələrdə belə hallar var: “Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Mənə 5 dəfə etimad göstərilib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”.

Fəzail İbrahimli öz növbəsində qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir:

“Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”. (Report)