Kolonna Azərbaycanı mənəviyyatsızlıqda ittiham edib, Hacızadə cavab verib
29 Avqust 2023
Bakı ermənilərin Qarabağdan kütləvi şəkildə çıxmasına səbəb olmaq üçün sıxışdırma strategiyasını tətbiq edir ki, bu, qanunsuz və mənəviyyatsızlıqdır. Bu bəyanatı bu gün Fransanın xarici işlər naziri Katrin Kolonna Fransanın xaricdəki səfirlərinin illik konfransında çıxış edərkən verib.
"Biz elə bir şəkildə səfərbər oluruq ki, Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülh üçün şərait yaradaq, iki ölkə arasında sərhədlərin delimitasiyasını həyata və Dağlıq Qarabağ əhalisinə onların hüquqları, mədəniyyəti və tarixi təmin olunmaqla orada yaşamaq imkanı təklif edək. Erməniləri Dağlıq Qarabağdan kütləvi şəkildə çıxmağa sövq edən sıxışdırma strategiyası qanunsuzdur və Beynəlxalq Məhkəmənin müəyyən etdiyi kimi, üstəlik mənəviyyatsızlıqdır", - Kolonna deyib
Bu konfrans ərəfəsində Fransa prezidenti Emmanuel Makron da çıxış edərək bildirib ki, Laçın dəhlizinin blokadasının aradan qaldırılması üçün yeni diplomatik təşəbbüs irəli sürəcək və bundan ötrü Azərbaycana təzyiq artırılacaq.
***
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın birtərəfli bəyanatları qəbuledilməzdir, birtərəfli ermənipərəst mövqe nümayiş etdirir, regionda sülhə və sabitliyə xidmət etmir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə Kolonanın Fransanın xaricdəki səfirləri qarşısında çıxışını şərh edərkən bildirib.
O, öz çıxışında Bakını "ermənilərin Dağlıq Qarabağdan kütləvi axına "təhrik etmək məqsədilə Qarabağı sıxışdırmaq strategiyasında" ittiham edərək, bu siyasəti qanunsuz və mənəviyyatsızlıq adlandırıb.
Hacızadə qeyd edib ki, qanunsuz və qeyri-əxlaqi olan Fransanın 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmələrə, 1 milyon adamın yaşadığı yerlərdən qovulmasına, şəhər və kəndlərin dağıdılmasına, Azərbaycanın mədəni və tarixi irsinin məhv edilməsinə göz yummasıdır.
Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniləri ölkənin siyasi, sosial və iqtisadi sahələrinə reinteqrasiya etməyə çalışır. Ona görə də "erməni əhalinin regiondan qovulması siyasəti" barədə bəyan edərək bu səylərə mane olmaq tamamilə yanlışdır.
“Bir daha Fransanı bu kimi təhrik və təxribatyönlü fikirlərə son qoymağa çağırırıq”, - Ayxan Hacızadə vurğulayıb.