Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koçaryan ABŞ-a qaçır: pul və biznesini xaricə köçürmək barədə göstəriş verib

Robert Koçaryan ailəsi ilə birlikdə ABŞ-yə mühacirət edir.

Ermənistan mətbuatının məlumatına görə, keçmiş prezidentin artıq bunun üçün əsası var. Belə ki, onun kiçik oğlunun üç övladı ABŞ-də doğulub.

Bildirilir ki, Koçaryanın göstərişi ilə artıq ailənin pul və biznesini xaricə köçürmək üçün proseslər başlayıb.

Deyilənlərə görə, Robertin mühacirəti həm də Serj Sarkisyanın fəallığının kəskin artması ilə bağlıdır. Sonuncunun nə isə bildiyi və buna görə də müxalifət düşərgəsindəki boş yeri tutmaq ümidi ilə fəallaşdığı güman edilir.