Kirayə evlər ucuzlaşacaq - SƏBƏB
08 İyun 2023
“İyun ayında kirayə mənzil bazarında qiymətlərin enməsi müşahidə olunacaq”.
Bunu əmlak eksperti Elnur Əsədov deyib.
Onun sözlərinə görə, buna səbəb iri şəhərlərdə kirayə qalan tələbələrin tədris ili bitdiyindən evləri təhvil verməsidir.
“Amma elə yerlər var ki, tələbələr yaşadığı kirayə evi təhvil vermirlər. Həmin yerlərdə kirayə evlərin qiyməti enməyəcək. Bu gün kirayə mənzil bazarında ən çox tələbat 500 manata kimi olan evlərədir. Bu da əsasən Bakı və Sumqayıt şəhərlərini əhatə edir, çünki ali məktəb müəssisələrinin əksəriyyəti bu şəhərlərdədir. Kirayə mənzil bazarının 20%-ni tələbələr təşkil edirlər. Yay aylarında tələbələr evləri sahiblərinə təhvil verəndə kirayə mənzil bazarında təklif çoxalır”, - deyə ekspert bildirib.
Elnur Əsədovun sözlərinə görə, kirayə qaldıqları evlərin şəraitindən narazı olan ailələr tələbələrin təhvil verdiyi evlərə üstünlük verirlər. “Bu evlərin isə kirayə qiymətində enmə müşahidə olunmur, əksinə 5-10% artır”, - deyə E.Əsədov vurğulayıb. (Qaynarinfo.az)