Kim Çen İndən göstəriş: İntihar qadağan edildi
08 İyun 2023
Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) Dövlət Şurasının sədri Kim Çen İn intiharı yasaqlayan əmr imzalayıb. İyunun 7-də imzalanan əmrlə vətəndaşın özünə qəsd etməsi “sosializmə xəyanət” cinayətinə bərabər əməl sayılır, hökumətə intiharın qadağan olunması mexanizmini hazırlamaq tapşırılır.
Dövlət başçısının qərarı intiharların 2022-ci illə müqayisədə 40 faiz artması ilə əsaslandırılır.
Şimali Koreya rejimi 1948-ci ildə qurulub. Kim Çen İn 2011-ci ildən dövlət başçısıdır. Ondan əvvəl ölkəyə atası Kim Çen İr (1994-cü ildən), atasından əvvəl babası Kim İr Sen (1948-ci ildən) rəhbərlik edib.
Ərazisi 120,5 min kvadrat kilometr olan Şimali Koreyanın 26 milyon nəfər əhalisi var.