Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda SOCAR ofisinə hücum edən 13 nəfər saxlanılıb

Mayın 31-də SOCAR-ın İstanbuldakı ofisi qarşısında Fələstin dəstək olan etiraz aksiyasının 13 iştirakçısı saxlanılıb.

Onlar əmlaka ziyan vurduqları və mülkiyyət toxunulmazlığını pozduqları üçün məhkəmə qarşısına çıxarılacaqlar.

Bu barədə SOCAR-ın ofisinə hücumla müşayiət olunan etiraz aksiyasını  təşkil edən “Min gənc Fələstin üçün”  qrupu X sosial şəbəkəsində məlumat yayıb.

Etirazçılar binaya basqın edərək binanın fasadına qırmızı boya atıblar, qapısını sindırıblar. Bu şəkildə onlar Azərbaycan neftinin İsrailə verilməsinə etiraz ediblər.

Bu qrup daha əvvəl İsrailə məhsul tədarük edən türk şirkətlərinə etiraz edib. Bu aksiyalardan biri də aprel ayında İstanbul Ticarət İdarəsinin qarşısında keçirilib.