Logo
news content
User
Kateqoriyalar

Xəbər

İqtisadçı Fərid Mehrəlizadə saxlanılıb, evində axtarış aparılıb

Bir müddət əvvəl onu axtarış üçün evə gətiriblər, sonra isə Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar.

Mehrəlizadənin nədə ittiham olunduğu məlum deyil.

* * *

Fərid Mehrəlizadə "saxlanılmayıb", sadəcə "polisə dəvət olunub" - DİN

İqtisadçı ekspert Fərid Mehrəlizadə polisə dəvət olunub, araşdırma aparılır.

Bu barədə Turan-ın sosial şəbəkələrdə Mehrəlizadənin saxlanılması ehtimalı haqqında yayılan məlumatları şərh etmək xahişinə cavabda DİN-in mətbuat xidmətindən bildiriblər.

Bununla da idarə ekspertin saxlanıldığı haqqında təxminləri təkzib edib.

Bu zaman DİN Mehrəlizadənin hansı iş üzrə polisə dəvət olunduğunu dəqiqləşdirməyib.