Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hərbçimiz bədbəxt hadisə nəticəsində şəhid olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!