Logo
news content
User
Kateqoriyalar

Xəbər

Frençis Fukuyama: "Putin Krımın itirilməsini çətin yaşayacaq"

Amerikalı politoloq Frençis Fukuyama hesab edir ki, Krımın taleyi "Rusiyanın həssaslığının faktiki böyük nöqtəsidir".

AzadlıqRadiosunun gürcü xidmətinə danışan politoloqa görə, indi sülh danışıqları “Ukrayna üçün çox pis olacaq” və əgər Rusiya Krımı güzəştə getməli olsa “Putinin bunu necə yaşayacağını təsəvvür etmək çətindir”.

Frençis Fukuyamaya görə, "Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə dair ümumi inam hələ də var, lakin bu, mənim gözlədiyimdən daha uzun vaxt aparıb..." Stenford Universitetinin politoloqu Frensis Fukuyama bildirib.

Onun fikirncə, Rusiyanın böyük uğursuzluğunun əsasını ukraynalıların qəhrəmancasına müdafiə qabiliyyəti qoyub.

Donbasdakı kiçik Baxmut şəhərini ələ keçirməyə çalışan rusların çoxlu sayda itki verdiyini deyən amerikalı politoloq hesab edir ki, indi hamı Ukraynanın əks hücumunu gözləyir. O, bunu müharibənin necə sona çatması üçün kritik addım sayır.

Mümkün danışıqlar olacağı halda Krımın taleyinin necə ola biləcəyinə gəlincə, Fukuyama hesab edir ki, ukraynalılar Xerson və Zaporojye vilayətlərini azad edə biləcəkləri halda faktiki Krımı Rusiyadan ayırmış olurlar.

"Rusiyadan Krıma gedən bir dəmir yolu xətti var, boğaz körpüsü var və onlar həqiqətən də bu damarların hər ikisini kəsmək iqtidarında olacaqlar..."

Amma indiki halda Kiyevin sülh danışıqlarına getməsini politoloq Ukrayna üçün məqbul saymır, düşünür ki, bu, Ukrayna ərazisinin yaxşı bir hissəsinin Rusiyaya verilməsi olardı.

Geosiyasi nöqteyi-nəzərdən, Rusiyanın hər hansı danışıqlarda Krım məsələsini qəbul edəcəyi halda, yarımadaya indiyə qədər nə qədər sərmayə qoyulduğu nəzərə alınsa Putinin bundan necə sağ çıxdığını görmək çətindir.

Amma politoloq o fikirdədir ki, ukraynalılara Krımı geri almağa belə ehtiyac yoxdur. O hesab edir ki, Krma gələn kommunikasiyaları kəsməklə Ukrayna hər an rusların hiss edəcəyi təzyiqi göstərə bilər.

"...onlar üçün bunu edə bilmək çox böyük, strateji üstünlük olardı".

Krımla Rusiya arasında əlaqənin kəsilməsindən sonra aparılan danışıqlarda Rusiyanın Krımdan imtinanı qəbul edib-etməməsinin mümkünlüyü barədə suala gəlincə, politoloq bunu çətin məsələ sayır.

"Həmçinin belə bir sual da yaranır ki, Ukrayna istəyərmi Donbasın bir hissəsini güzəştə getsin. Beləliklə, hər iki tərəfin bu nöqtədə zəiflikləri və itirəcəkləri var. Amma mən əslində heç bir tərəfin Krımı və ya Donbası qəbul etməyə formal olaraq razılaşdığını görmürəm"- Amerikalı politoloq Frençis Fukuyama bildirib.