Fidan Blinkenlə danışdı: Azərbaycan-Ermənistan probleminə toxunulub
08 İyun 2023
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.
Bu barədə “TRTHaber” məlumat yayıb.
Bildirilib ki, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib.
Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər.
Eyni zamanda H.Fidan və A.Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.