Əzizbəy üçün “İncəbellim” laylası
07 Oktyabr 2023
Əzizbəy Muradov...bu ad 3 il əvvəl heç kimə heç nə deməzdi. 44 günlük müharibədə əvvəl pianoçu barmaqlarını tanıdıq, sevdik, əzizlədik, vəsf etdik, sonra özünü. Bildik ki, zamanın hökmü, düşmənin təhriki ilə silah tutmalı olan o barmaqlar piano dillərini oxşamaq üçün yaranıbmış. Bildik ki, döyüşə-döyüşə düşməni qovub çıxartdığı doğma yurd yerlərimizdəki evlərimizdən birində pianinonu görəndə silahı kənara qoyub onun dillərini oxşamaya bilməyib, məsləki onu səsləyib, qəlbinin bütün yanğısını, həsrətini barmaqlarından şirmayi dillərə axıdıb.
İncə donlum yer basmayıb yeriyən
Başım baxtı, evim taxtı, sevgilim...
Necə böyük sevgi və şövqlə ifa etmişdi. Səhifə-səhifə gəzdi sosial şəbəkələri. Yeni “Pianoçu” filminin ssenarisi yazıldı, dastanı yarandı.
Barmaqları ilə deyil, ürəyi ilə ifa edirdi, bəlkə də gözləri qarşısında bir də heç vaxt görə bilməyəcəyinin qorxusunu yaşadığı incəbelli sevgilisi canlanırdı. Bəlkə də, ifanı ona sifariş göndərirdi, bəlkə və bəlkə...
Evdən çıxıb yüyürəndə sərvi boylum,
Badam yesə boylu görünər incəbellim,
Topuğunda sarmaşanda qarasaçlım.
Anarın sözlərinə Emin Sabitoğlunun bəstələdiyi və ilk dəfə “Dədə Qorqud” bədii filmində Yalçın Rzazadənin ifasında eşitdiyimiz bu gözəl mahnı daha Əzizbəy Muradovun ifasında əbədiyyət qazandı. Onun özü kimi ürəklərə köçdü. Heç kim o mahnını eşidəndə Əzizbəy və onun yandırıb-yaxan ifasından qeyri heç nə düşünə bilməyəcək. “İncəbellim” Əzizbəylə assosiasiya olunacaq.
Qoşa badam sığmayan dar ağızlım
Qar üstünə qan dammış tək al yanaqlım...
Sən heç çevik polis alayında işləmək üçün də yaranmamışdın, nə 44 günlük müharibədə döyüşməli, nə də antiterror əməliyyatında iştirak etməli idin. Sənin yerin Konservatoriya, məsləyin musiqiçi idi. Nə edəsən ki, vətən torpaqlarının tapdaq altında qalmasına dözə bilmədin, həmyaşıdların kimi özünü, həyatını deyil Azərbaycanı düşündün. Torpaqları yağılardan azad edib sonra yaşamaq, musiqi bəstələmək, sevmək, sevgili olmaq üçün əlinə silah götürdün. Sülh olsun deyə silaha sarıldın.
Evdən çıxıb yüyürəndə sərvi boylum,
Badam yesə boylu görünər incəbellim,
Topuğunda sarmaşanda qarasaçlım,
Sevgilim, gözəlim, adaxlım.
Səni yaşamağa qoymayanlar, sənin musiqini susdurmağa çalışanlar, həyat utansın! Sən ifa etdiyin musiqi kimi əbədiləşdin, ürəklərə işlədin. Bütün silahdaşların, yoldaşlarınla birgə nur içində uyu, Əzizbəy, sənin nəğmən heç bir zaman susmayacaq, əbədiyyən ruhumuzda səslənəcək.