Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan polisi keşiş Bqaratı vurdi - İrəvanda toqquşmalar

Bu gün Ermənistanın paytaxtı İrəvanın mərkəzində müxalif “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyası keçirilib.

“Sputnik Armeniya”ya xəbər verir ki, yürüş iştirakçıları baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son qoyulmasını tələb ediblər. 

Keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının üzvləri Xarici İşlər Nazirliyinin (XİN) binasına doğru gediblər. Onlar xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. 

Polis Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılara müdaxilə edib. Toqquşmalar zamanı xüsusi təyinatlı polis qüvvələri arxiyepiskop Baqrat Qalstanyana zərbələr endirib.

Bundan əlavə, din xadimləri saxlanılıb, Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında keçirilən aksiyanı işıqlandıran bəzi jurnalistlər döyülüb.

Hələlik XİN binası yaxınlığında 26 nəfərin saxlanıldığı məlumdur.