Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni mətbuatı: Paşinyan Rusiya sülhməramlılarını bölgədən çıxarmaq istəyir

“Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Bildirilib ki, o, dünən hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı, Qarabağa çıxışa icazə verilməsi barədə mötəbər mənbələrdən məlumat aldığını söyləyib: “Paşinyan bildirib ki, Qarabağa girməyə icazə verilməyəcək. Qarabağdakı mənbələrimizin sözlərinə görə, bu iddialar çoxdan var və birbaşa Paşinyanın sülhməramlılardan xilas olmasına xidmət edir”.

Nəşrin yazdığına görə, Qarabağdakı sülhməramlılar da bu plandan xəbərdardırlar.

Qəzetdə, həmçinin vurğulanıb ki, Paşinyan artıq siyasətlə məşğul olsa da, hələ də jurnalistlik fəaliyyətindən əl çəkməyib və mötəbər mənbələrdən məlumat alır.

Xatırladaq ki, Ermənistan hökumət başçısı dünən, avqustun 24-də hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı barədə iddialar səsləndirmişdi.