Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dörd Eyfel qülləsi boyda asteroid Yerə yaxınlaşır

Eyfel qülləsindən dörd dəfə böyük olan 138971 (2001 CB21) adlınəhəng asteroid Yerə yaxınlaşır.

Bu barədə Rusiyanın "Roskosmos" kosmik agentliyiöz "Telegram" kanalında bildirib.

Ölçüsü təxminən 1,3 kilometr olan səma cismi martın 4-də Yerinorbitindən minimum məsafədən keçəcək.

Mütəxəssislərin obyekti "potensial təhlükəli" kateqoriyasına aidetmələrinə baxmayaraq, proqnozlara görə, o, Yerlə toqquşmamalıdır,çünki o, dörd milyon kilometrdən çox uzaq məsafədən keçəcək. Bu daAya qədər olan məsafədən 10 dəfə çoxdur.