Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov: "Ermənistanla danışıqlarda irəliləyiş əldə olunmayıb"

Bu yaxınlarda Vaşinqtonda aparılan danışıqlarda Bakı və Yerevan arasında prinsipial fikir ayrılıqları ilə bağlı irəliləyiş əldə olunmayıb. Bu barədə Litvada rəsmi səfərdə olan Azərbaycan XİN başçısı Ceyhun Bayramov bazar ertəsi Litva KİV-lərinə bildirib.

Vilnyusda litvalı həmkarı Qabrielus Landsbergislə danışıqların yekunlarına həsr olunmuş brifinqdə çıxış edən Bayramov deyib ki, ikitərəfli əlaqələrdə müəyyən dinamika olmasına baxmayaraq, sülh müqaviləsi, dövlət sərhədlərinin delimitasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı irəliləyiş əldə olunmayıb.

"İki ölkə arasında münasibətlərin normallaşmasının ən yaxşı yolu suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasına və onlara hörmətə əsaslanır", deyə Bayramov bildirib.