Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Ukraynaya Amerika silahları ilə Rusiya ərazisini vurmağa icazə verə bilər

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya Rusiyanın dərinliyinə amerikan istehsalı silahla vurmağa icazə verməyə getdikcə daha da yaxındır, Ağ evdə bu mövqeyə yenidən baxılmasını qaçılmaz hesab edirlər.

Bu barədə “The New York Times” öz mənbələrinə istinadən bildirib.

“Prezident Bayden Ukraynadakı müharibədə onun ən mühüm qərarlarından biri ola biləcək şeyə – amerikan silahı ilə Rusiya ərazisinə zərbələr endirməyə qoyulan qadağanın ləğvinə yaxınlaşır”, – nəşr yazıb.

Mənbələr bildiriblər ki, Baydenin müşavirləri münaqişənin “nüvə rəqibi ilə birbaşa qarşıdurmaya” çevrilməsi ehtimalından narahat olsalar da, sözügedən “mövqeyin dəyişməsini qaçılmaz olduğuna inanırlar”.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ ev artıq mövcud riskləri nəzərə alaraq mövcud siyasəti yenidən nəzərdən keçirməyə başlayıb.

Məqalədə vurğulanıb ki, Vaşinqton amerikan istehsalı silahlarla Rusiyanı vurmağa icazə versə belə, Ukrayna hədəflərin seçimi və silahdan hansı şəkildə istifadə olunacağına dair “sərt məhdudiyyətlərlə” üzləşəcək.