Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakiyev qiyabi 10 il azadlıqdan məhrum edilib

Kumtor qızıl mədəni ilə bağlı korrupsiyada ittiham olunan Qırğız Respublikasının sabiq prezidenti Kurmanbek Bakiyev (2005-2010-cu illər) Bişkekin Pervomaysk rayon məhkəməsi tərəfindən 10 il qiyabi azadlıqdan məhrum edilib.

Pressklub.az xəbər verir ki, bu barədə Qırğız Ali Məhkəməsi məlumat yayıb.

Qeyd edilib ki, əmlakı müsadirə olunmaqla və 3 il dövlət vəzifəsi tutmaq hüququndan məhrum olunmaqla, Kurmanbek Bakiyev 10 il qiyabi azadlıqdan məhrum olunub.

Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev isə əmlakı müsadirə olunmaqla 13 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Kurmanbek Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edib, hazırda Belarusda yaşayır.

Rəsmi Bişkek ölkəsində qiyabi olaraq 30 il azadlıqdan məhrum edilən Kurmanbek Bakiyevin ekstradisiyasını dəfələrlə Minskdən tələb edib, ancaq rədd cavabı alıb.