Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ayxan Hacızadə: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün dəqiq tarixi ilə bağlı iş aparılır"

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə salınmasını şərh edərkən deyib.

“Ümid edirik ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”, - o əlavə edib.

A.Hacızadə qeyd edib ki, bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.