Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropanın birincisi - İstanbul aeroportu ən işlək hava limanı oldu

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 1-7 iyun tarixləri üçün hesabatı dərc olunub.

Sözügedən hesabata görə, İstanbul aeroportu bu dövr ərzində gündəlik orta hesabla 1423 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

Siyahıda gündəlik orta hesabla 1341 uçuşla Amsterdamın Shiphol və 1305 uçuşla Parisin Şarl de Qoll hava limanları qərarlaşıb.

Antalya hava limanı da gündə orta hesabla 819 uçuşla ilk 10-a daxil olub.