Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Araik Arutyunyanın istintaqa təqdim edilməsi təmin ediləcək" - Baş Prokurorluq

“Özünü qondarma respublikasının rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək”.

Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.

“İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, - o vurğulayıb.

N.Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub. Özünü qondarma qurumun prezidenti kimi təqdim edən Araik Arutunyan özünün sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb.

Buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.