Açıq qarşıdurma başlayır: Ərzurumda İmamoğluna hücum etdilər - VİDEO
08 May 2023
İstanbul bələdiyyə başqan Əkrəm İmamoğluna hücum olub.
Presslub.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Əkrəm İmamoğlu Ərzurum şəhərində mitinq keçirən zaman bir qrup naməlum şəxs onun içində olduğu avtobusa daş ataraq sındırmağa çalışıblar.
Hücum nəticəsində mitinq yarımçıq dayandırılıb. Naməlum şəxslərin hücumu zamanı 17 nəfər xəsarət alıb, İmamoğlunun özünə heç nə olmayıb.
İstanbul bələdiyyə başqanı bildirib ki, polis hücum edənlərə qarşı lazım olan sərt tədbir görməyib.
Ərzurum bələdiyyə sədri Mehmet Sekmen isə Ərzurumda icazəsiz mitinq keçirdiyinə görə İmamoğlu barəsində cinayət işi açacağını bildirib.
“İmamoğlu Elazığda baş verən zəlzələdən sonra Ərzuruma tətilə gəlmişdi. Ərzurum milliyətçi şəhərdir. Burada icazəsiz heç bir mitinq keçirilə bilməz” - deyə Sekmen bildirib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbər müavini Əli İhsan Yavuz isə Tvitter səhifəsində müxalifətin mitinqində yaşanan qarşıdurmada İmamoğlunu ittiham edib: "Mitinqlərin keçirilmə yeri ilə bağlı öncədən İlçə Seçki Qurumuna məlumat verilməli və elan edilməlidir".