Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya əlavə hərbi yardım göndərir

Çərşənbə axşamı ABŞ Ukraynaya təhlükəsizlik sahəsində 250 milyon dollarlıq yeni yardım paketi göndəriləcəyini açıqlayıb, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

Paketə əlavə RƏM raketləri, artilleriya sursatları, Javelin sistemləri və raketləri, minatəmizləmə vasitələri və digər avadanlıqlar daxildir, deyə dövlət katibi Entoni Blinken bildirib.

"Bu müharibəyə Rusiya başlayıb və istənilən vaxt öz qoşunlarını çıxararaq və amansız hücumları dayandıraraq onu bitirə bilər", deyə dövlət katibi qeyd edib. "Hələlik bu, baş vermir, Birləşmiş Ştatlar, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız nə qədər lazımdırsa, o qədər də Ukrayna ilə birlikdə olacaq", deyə o qeyd edib.

Yeni avadanlıq və silahları nəzərə almaqla, ötən ildən etibarən ABŞ-ın Ukraynaya yardımının ümumi həcmi 43 milyard dollardan çox təşkil edib.

Pentaqon çərşənbə axşamı ayrıca bəyanatında söz verib ki, "Ukraynanın təxirəsalınmaz və uzunmüddətli döyüş tələbatlarını təmin etmək üçün öz müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək".