Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır, Kanada cavab verəcək

ABŞ Prezidenti Donald Tramp martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır.

“Reuters” xəbər verir ki, Ağ Ev rəhbəri bu iki ölkədən idxala 25% rüsum tətbiq etməyi planlaşdırır.

Agentliyin xəbərinə görə, adının çəkilməsini istəməyən hökumət rəsmiləri bu dəyişikliyin maliyyə bazarlarını sarsıdacağından və ABŞ-nin ən yaxşı iki ticarət tərəfdaşı ilə münasibətlərini gərginləşdirəcəyindən narahatdırlar.

ABŞ hakimiyyəti fevralın 1-dən bütün Kanada mallarına rüsum tətbiq edərsə, Kanada ABŞ-a cavab verməyə hazırdır. Belə bir açıqlama ilə ölkənin Baş naziri Castin Trüdo çıxış edib.

“Prezident Kanadaya hər hansı rüsum tətbiq etmək qərarına gəlsə, biz cavab verməyə hazırıq - güclü, lakin ağlabatan və operativ cavab”, - hökümət başçısı qeyd edib.