Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ etiraf edir: Cəbhənin cənub hissəsində Ukraynanın uğurları var

Cümə günü Ağ Ev bildirib ki, son üç gündə Ukrayna Zaporojye vilayətində cəbhənin cənub hissəsində uğura nail olub, Turan-ın Vaşinqton müxbiri məlumat verib. Bu barədə jurnalistlərə Ağ Evin Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.

Bu həftə Kiyev cəbhədə yavaş irəliləməyə görə Qərb KİV-də Ukraynanın ünvanına tənqiddən narazılığını açıq şəkildə bildirib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, onlar ukraynalı əsgərlərin üzünə tüpürürlər və "susmalıdırlar". Cümə günü həmçinin Vaşinqton Dövlət Departamentinin ifadə etdiyi kimi, Ukraynanı "Rusiyanın tammiqyaslı hücumu fonunda" korrupsiyaya qarşı mübarizəyə görə tərifləyib.  ABŞ Ukraynada antikorrupsiya islahatlarına və Ukraynanın öz demokratiyasını Rusiyanın təcavüzündən cəsarətlə qorumasına "davamlı" dəstəyini təsdiqləyib, cümə günü həm Dövlət Departamenti, həm də Ağ Ev qeyd ediblər.