Zelenski xalqa müraitə etdi: "Biz mütləq cavab verəcəyik"
29 Dekabr 2023
"Ukraynaya səhər zərbəsi zamanı Rusiya 110-a yaxın raket atıb, onların əksəriyyəti vurulub, lakin hər halda bəziləri hədəfə dəyib, ölümlər və dağıntılar var". Bunu prezident Vladimir Zelenski bildirib.
Zelenski deyib: "Rusiya arsenalında olan, demək olar ki, hər şeydən - “Kinjal”lardan, “S-300”lərdən, qanadlı raketlərdən, PUA-lardan istifadə edib. Strateji bombardmançı təyyarələr X-101/X-505 buraxıb. Təxminən 110 raket atılıb, onların əksəriyyəti vurulub. Təəssüf ki, atəş nəticəsində ölən və yaralananlar var”.
Onun sözlərinə görə, ruslar Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlərə hücum ediblər. Doğum evi, təhsil müəssisələri, ticarət mərkəzi, hündürmərtəbəli və fərdi yaşayış evləri, ticarət anbarı, avtomobil dayanacağına ziyan dəyib.
Zelenski əlavə edib ki, bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir və insanlara lazımi yardım göstərir.
"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananların tezliklə sağalması arzu edirəm. Terrorçuların hücumlarına mütləq cavab verəcəyik. Ölkəmizin, hər bir şəhərin, bütün xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizə aparacağıq. Rusiya terroru uduzmalıdır - və məhz belə olacaq”, - deyə prezident yekunlaşdırıb.

Вранці 29 грудня Росія випустила по Україні близько 110 ракет, більшість з них вдалося збити, але є влучання, загиблі і руйнування, повідомив президент Володимир Зеленський. Відео з Telegram Зеленського pic.twitter.com/ZUqAgEJMmN
— Українська правда ✌️ (@ukrpravda_news) December 29, 2023