Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin köməkçisi: Rusiya-ABŞ-Ukrayna danışıqları Kiyevin hərəkətlərindən asılıdır

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası ilə bağlı qərar Kiyevin yaxın günlərdəki addımları və Rusiyada Milli Birlik Günü ilə əlaqədar keçiriləcək tədbirlər zamanı Ukrayna ordusunun mümkün hücumları nəzərə alınmaqla veriləcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya mediasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva üçtərəfli danışıqların bərpası barədə qərarı Rusiyada noyabrın 4-də qeyd olunan Milli Birlik Günündən sonra elan edəcəyini bildirib.

“Milli Birlik Günü bizim bayramımızdır və biz üçtərəfli danışıqların bərpasını bayramımızdan sonra elan edəcəyimizi demişdik. Aydındır ki, danışıqlar bundan əvvəl deyil, yalnız bundan sonra baş tutacaq”, – Uşakov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Milli Birlik Günü ilə əlaqədar Rusiyada çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.

Uşakov əlavə edib ki, Rusiya hələlik danışıqların bərpasını rəsmən elan etməyib.