Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ceyhun Bayramov onun sırğasını yerdən belə qaldırdı - Video

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan “Beştəpə Millət Ormanı” və “Türk Dövlətləri Mədəniyyət Parkı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.

Rəsmi açılış mərasimindəki fotoçəkiliş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diqqətçəkən addımı ilə yadda qalıb.

Belə ki, fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb. Bunu görən Azərbaycanın XİN rəhbəri dərhal nəzakətli jest edərək birinci xanımın sırğasını götürüb özünə təqdim edib. Nazirin bu addımı mərasim iştirakçılarının marağına səbəb olub.