Zelenski Ukraynanın raketdən müdafiə vasitələrinə nə vaxt sahib olacağını açıqlayıb
07 Avqust 2026
Ukrayna 2026–2027-ci illərdə öz ballistik raketlərini və onlara qarşı raketdən müdafiə vasitələrini yaratmağı planlaşdırır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, Ukrayna ballistik raket proqramının hazırlanması və FREYJA antiballistik proqramı çərçivəsində tapşırıqların icrası ilə bağlı müşavirə keçirilib.
“İşə cəlb olunan qurumlar mövcud ehtiyaclar və indiyədək həyata keçirilmiş mərhələlər barədə məruzə etdilər. Sürətləndirilməsi tələb olunan proqram komponentləri üzrə qrafik və məsul şəxslər müəyyən edildi”, – Zelenski qeyd edib.