Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın cənubunda bir neçə partlayış baş verib

İranın cənubunda yerləşən Hörmüzqan əyalətində bir neçə partlayış qeydə alınıb.

Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayışlar çərşənbə günü əyalətin ərazisində baş verib.

Partlayışların səbəbləri və xarakteri hələlik məlum deyil. Hadisənin mümkün fəsadları barədə də məlumat açıqlanmayıb.

Qeyd edək ki, Hörmüzqan əyaləti Fars körfəzinin şimal sahilində yerləşir və strateji əhəmiyyətli Hörmüz boğazına, eləcə də Oman körfəzinə çıxışı var.