Ukraynanın taleyini müəyyən edə biləcək hadisələr baş verəcək - KİV
22 Oktyabr 2026
Yaxın gələcəkdə Ukraynanın gələcək taleyini müəyyən edə biləcək üç hadisə baş verəcək.
Bu haqda “The Atlantic” məlumat yayıb.
Birinci mühüm amil, iki həftədən sonra keçiriləcək ABŞ seçkiləridir. Ukrayna rəhbərliyi narahatdır ki, Respublikaçıların Konqresdəki nəzarətinin güclənməsi ABŞ Prezidenti Donald Trampın Kiyevə qarşı daha sərt mövqe tutmasına gətirib çıxara bilər.
İkinci əhəmiyyətli hadisə isə noyabrın ortalarında keçiriləcək APEC sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Donald Trump və Çin lideri Si Çinpin arasında baş tuta biləcək danışıqlardır. Məqalə müəllifləri xəbərdarlıq edirlər ki, Ukrayna məsələsinin bu dialoq çərçivəsində Ukrayna nümayəndələrinin iştirakı olmadan müzakirə olunması riski mövcuddur.
Ekspertlər Mayamidə keçiriləcək G20 görüşünü üçüncü mühüm amil kimi müəyyən edirlər.
Bu üç geosiyasi mərhələnin hər biri Ukraynadakı münaqişənin gələcək gedişatını müəyyən edə biləcək dönüş nöqtələri kimi qiymətləndirilir.