Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski uğrunda yarış - Harris və Tramp Ukrayna prezidenti ilə görüşəcəklər

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Bu barədə"Bloomberg" nəşri xəbər verir.

Nəşrə məlumat verən mənbə bildirib ki, Harris seçkiöncəsi xarici siyasət profilini genişləndirməyə çalışır və bu səbəbdən də Vaşinqtonda Ukrayna prezidenti ilə görüşmək niyyətindədir.

Gözlənilir ki, Zelenski ABŞ-yə səfəri zamanı Vaşinqtonda NATO və Avropa İttifaqına üzvlük, iqtisadi və təhlükəsizliyə dair razılaşmaların əldə edilməsinə, o cümlədən özünün "Qələbə planı" çərçivəsində daha təkmil silahların tədarükünə nail olmağa çalışacaq.

Qeyd edək ki, ötən gün keçmiş prezident Donald Tramp da ABŞ-yə səfəri zamanı Zelenski ilə görüşə biləcəyini deyib. Bununla belə, Tramp mümkün görüşün təfərrüatını açıqlamayıb.