Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Türkiyə və İran sərhədini Rusiya sərhədçilərinin əlindən alır?

"Ölkə sərhədləri üzərində tam nəzarət mərhələ-mərhələ Ermənistan Respublikası Sərhəd Xidmətinə veriləcək".

Ermənistan KİV-ənin xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan daimi parlament komitələrinin birgə iclasında 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu proses müəyyən islahatlar yolundan keçməlidir", - deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, Ermənistan sərhədçiləri artıq dövlət sərhədinin hissələrini və əvvəllər Rusiya sərhədçiləri tərəfindən idarə olunan nəzarət-buraxılış məntəqələrini öz nəzarətlərinə götürüblər. Onların sırasında "Zvartnots" Beynəlxalq Hava Limanı, "Aqarak" (İranla sərhəd), "Marqara" (Türkiyə ilə sərhəd) və "Axurik" (Türkiyə ilə sərhəd) nəzarət-buraxılış məntəqələri var. Lakin İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin Ermənistan sərhədçiləri ilə əvəz edilməsi mərhələli xarakter daşıyır və Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunları resurslarının və imkanlarının inkişafı ilə əlaqəlidir.